İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər kəs bu DƏHŞƏTLİ görüntülərdən danışır – VİDEO

Türkiyənin ən aktiv vulkanlarından hesab olunan, sonuncu dəfə 1855-ci ildə püskürən Tendürek dağının kraterinə enən arxeoloq Onur Benli ilə alpinist Zayim Cemal Altay ərazidə qaz və buxar çıxışlarını görüntüləyiblər.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Onur Benli bildirib:

“Ölkəmizin ən aktiv vulkanı hesab olunan Tendürek dağının kraterinə endik. Bu, həyatımda gördüyüm ən dəhşətli mənzərələrdən biri idi. Çox mühüm müşahidələr aparmağa nail olduq. Tendürek kraterində əvvəllər mövcudluğu məlum olan, lakin görüntüləri demək olar ki, olmayan fumarolları - qaz və buxar çıxışlarını yaxından müşahidə etdik və onları qeydə almağı bacardıq”.

Benli fumarol sahəsinin qorxulu mənzərə yaratdığını qeyd edib:

“Cəhənnəm çuxuruna bənzəyirdi. Qazlar çıxır, qaynayan palçıq və kükürdlü qazlar dəhşətli mənzərə yaradırdı. Buxar çıxışlarının olduğu ərazi sanki əjdahanın ağzını xatırladırdı. Qayaların arasından kükürdlü qazların sızdığını görmək və həmin qoxunu hiss etmək son dərəcə təsirli idi. Qaz çıxışlarının olduğu bacalarda temperatur 84 dərəcə idi. Kraterin dibində bəzi yerlərdə isti su mənbələrinin olduğunu da müşahidə etdik”.

Onur Benli Tendürek dağının zəngin təbii və geoloji xüsusiyyətlərə malik olduğunu vurğulayaraq bölgənin turizm baxımından da böyük potensiala sahib olduğunu qeyd edib:

“Ölkəmizdə belə bir yerin mövcudluğu əvvəllər çox da məlum deyildi. Biz də bu az tanınan ərazini görmək və apardığımız müşahidələri qeydə almaq imkanı əldə etdik. Məqsədimiz əvvəllər çox az insanın gördüyü bu unikal coğrafiyanı daha geniş auditoriyaya tanıtmaqdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR