Onlayn ictimai-siyasi qəzet
İranın cənubunda, Fars körfəzində yerləşən strateji Hark adası sahillərində bir neçə güclü partlayış səsi eşidilib.
Musavat.com xəbər verir ki, bu barədə İranın "Fars" xəbər agentliyi operativ məlumat yayıb. Agentliyin adada olan xüsusi müxbirinin verdiyi xəbərə görə, kəskin səs dalğalarının dəniz akvatoriyası istiqamətindən gəldiyi ehtimal olunur.
Bununla belə, hadisə yerində və adanın yaxınlığında hələlik hər hansı tüstü, alov və ya yanğın əlamətləri müşahidə edilməyib. Partlayışların dəqiq səbəbi, mənbəyi və hansı obyekti hədəf aldığı barədə hələlik rəsmi qurumlar tərəfindən açıqlama verilməyib.
Qeyd edək ki, Hark adası İranın əsas neft ixracı terminalı olduğundan, ərazidə baş verən hər bir insident regionda hərbi və iqtisadi gərginliyi kəskin şəkildə artırır.
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ