Onlayn ictimai-siyasi qəzet
Ermənistanda ərzaq məhsullarının qiymətlərində ciddi artım qeydə alınıb.
Musavat.com xəbər verir ki, avqust ayında ölkədə ərzaq məhsullarının qiymətləri orta hesabla 4,4 faiz yüksəlib.
Ən nəzərəçarpacaq bahalaşma meyvə, ət və süd məhsullarında qeydə alınıb. Bu məhsul qruplarında qiymət artımı 10 faizi ötüb.
Diqqətçəkən məqam odur ki, meyvələrin yüksək qiyməti ixracla bağlı çətinliklər fonunda da qalmaqdadır. Xüsusilə Rusiyaya məhsul tədarükünə tətbiq edilən məhdudiyyətlər ixrac imkanlarını çətinləşdirib. Buna baxmayaraq, daxili bazarda meyvələrin qiymətində ciddi ucuzlaşma müşahidə olunmur.
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ