İnsanlara hürriyət, millətlərə istiqlal!

44 günlük müharibədə neçə erməni məhv edilib? – Xaçaturyanın çıxışı İrəvanı qarışdırdı

Erməni mediası yazıb ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan 44 günlük İkinci Qarabağ Müharibəsində erməni tərəfinin verdiyi itkilərin sayı ilə bağlı çıxışında səhvə yol verib.

Musavat.com xəbər verir ki, ölkə ictimaiyyətində yaranan narazılıq və çaşqınlıqdan sonra Prezident Aparatı rəsmi bəyanat yayaraq baş vermiş yanlışlığa görə üzr istəyib və yeni rəqəmi diqqətə çatdırıb.

Aparatın yaydığı açıqlamada vurğulanıb ki, 44 günlük müharibədə ölən ermənilərin rəsmi təsdiqlənmiş sayı 3755 nəfərdir.

Qeyd edək ki, bundan əvvəl Ermənistan rəsmi qurumları müharibə nəticəsində 3833 nəfərin məhv edildiyini və 160-a yaxın hərbçinin isə itkin düşdüyünü bəyan etmişdilər. Ermənistan rəhbərliyinin müharibə itkiləri ilə bağlı ziddiyyətli və tez-tez dəyişən rəqəmlər səsləndirməsi ölkə daxilində növbəti dəfə kəskin tənqidlərə səbəb olub.

Onu da bildirək ki, Ermənistan tərəfi müharibədən sonra itkilərlə bağlı statistikanı bir neçə dəfə yeniləyib. Hər dəfə etirazlar olanda, rəqəmi bir qədər azaldırlar. Lakin bir müddət sonra hansısa məmur daha böyük rəqəm açıqlayır, İrəvan qarışır, sonra təkzib verirlər...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR