Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Azərbaycanla bağlı səsləndirdiyi son açıqlama ölkəmizə düşmən mövqedə olan qüvvələri hərəkətə keçirib. Musavat.com xəbər verir ki, Xüsusilə bəzi ermən mediası və “Teleqram” kanalları ABŞ vites-prezidentinin fikirlərini həvəslə yayıb, ictimai rəyi yanlış istiqamətə yönləndirməyə, İranın radikal qüvvələrini Azərbaycana qarşı qaldırmağa cəhd edirlər.
ABŞ vitse-prezidentinin sentyabrın 3-də Ağ Evdəki brifinqdə deyib ki, Türkiyə, Azərbaycan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Vaşinqtona İranın ticarət gəmilərinə qarşı hərəkətlərinə cavab vermək məsələsində qeyri-rəsmi dəstək göstərirlər. Vens bu dəstəyin konkret olaraq nədən ibarət olduğunu açıqlamayıb. Vens Azərbaycanın konkret olaraq nə etdiyini deməyib. O, Azərbaycanı Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərlə birlikdə sadalayaraq, dünyanın müxtəlif ölkələrinin ABŞ-a “İranın kommersiya gəmiçiliyinə atəş açmasına görə cəza ödəməsini təmin etməkdə” özəl şəkildə kömək etdiyini söyləyib. Eyni brifinqdə Vens ABŞ-ın İranla danışıqlara Tehran kommersiya gəmilərinə atəş açdığı müddətdə qayıtmayacağını da bildirib.
Erməni mediasının həvəslə istinad etdikləri “Qafqazər” Telegram kanalı Vensin açıqlamasını “qiymətləndirərək” iddia edib edib ki, ABŞ vitse-prezidentinin sözləri Azərbaycanla İran arasında mövcud dostluq görüntüsünün arxasında başqa proseslərin getdiyinə dair iddiaları gücləndirir. Kanal həmçinin Azərbaycan ərazisində guya İsrail kəşfiyyatının fəaliyyəti ilə bağlı daha əvvəl yayılan yalan iddiaları(Yeri gəlmişkən, Azərbaycan ABŞ-İran müharibəsi zamanı bu iddianı yayayan CNN məhkəməyə verib-red) xatırladıb.
Vensin Azərbaycanın adını çəkdiyi orijinal hissə belədir:
“But it's not just the PRC. If you look at Turkey, if you look at Azerbaijan, if you look at UAE, Saudi Arabia, Qatar, a lot of the Gulf Arab coalition. But if you look all across the world, we're actually seeing a lot of countries — sometimes they're not willing to say so publicly, but privately they're doing a lot of good things to help us ensure that the Iranians pay a penalty for firing at commercial shipping.”
Ardınca Vens fikrini belə davam etdirir:
“Now, I have to remind you it's not just that they're paying a penalty when they fire at commercial shipping, it's also denying them the economic resources to rebuild their nuclear program if they tried to do so.”
Yəni Azərbaycanla bağlı ən mühüm ifadə “privately they're doing a lot of good things” — “özəl/qeyri-ictimai şəkildə çoxlu yaxşı işlər görürlər” cümləsidir.
P.S. Azərbaycana düşmən mövqedə olanların bu açıqlamadan Bakya qarşı istifadə etmək niyyəti əlbəttə ki, uğursuz cəhddir. Amma "Stəkanda fırtına yaratmaq" istəyi bir daha göstərir ki, Bakının xüsusilə Tehranla normal münasibətləri bəzi qlobal qüvvələrə sərf etmir, bu səbəbdən hər fürsətdə ölkəmizi hədəfə çıxarmağa çalışırlar.
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ