Onlayn ictimai-siyasi qəzet
33 yaşlı rus model Ancelika Tartanova sevgilisi tərəfindən ağır şəkildə döyülərək ciddi xəsarətlər alıb.
Zəngin inşaat mühəndisi olan sevgilisi Kuzmin tərəfindən hücuma məruz qalan gənc qadın ağır beyin travması keçirib. Döyülmə nəticəsində Ancelika Tartanovanın kəllə sümüyünün demək olar ki, yarısı zədələnərək itirilib.
Model bir neçə ay danışa bilməyib və sağalması üçün bir sıra əməliyyatlar keçirib. Daha sonra uzunmüddətli reabilitasiya prosesinə başlayıb.
Hadisədən sonra Kuzmin qətlə cəhd ittihamı ilə üzləşib. Onun Rusiyada səkkiz ilədək həbs cəzası almaq və ya Ukraynada döyüşmək üçün cəbhəyə göndərilmək təhlükəsi ilə qarşı-qarşıya olduğu bildirilib.
Lakin Kuzmin məhkəmə qarşısına çıxmayıb. Ev dustaqlığında olduğu müddətdə qəfil infarkt keçirən şəxs həyatını itirib.
Ancelika Tartanova isə hücumdan sağ çıxıb və hazırda müalicə və reabilitasiyasını davam etdirir./milli.az/

06 Sentyabr 2026
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ