İnsanlara hürriyət, millətlərə istiqlal!

DİQQƏT: Erməni malları bazarlarımıza gələcək, SİYAHI açıqlandı, Naxçıvanın bu kəndi isə QAYTARILIR...

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində ciddi əks-səda doğuran növbəti bəyanatında Kərki barədə danışıb. O, açıq şəkildə bildirib ki, Kərki Azərbaycan ərazisidir və Ermənistan ora iddia edə bilməz. Bununla belə, o, Gədəbəyin Başkənd kəndini də dilinə-dodağına bulaşdırıb. “Mən Tiqranaşen haqqında heç nə deməmişəm, Kərki haqqında danışmışam. Seçkiqabağı dövrdə anklavlar haqqında da danışmışam və bunda yeni bir şey yoxdur… Biz dedik ki, Ermənistanın ərazisi 29.743 kvadrat kilometrdir və Kərki və digər anklavlar bu hesablamaya daxil edilməyib. Lakin Artsvaşen (yəni Gədəbəy rayonundakı Başkənd) hesablamaya daxil edilib və daxildir”, - Paşinyan deyib.

Yeri gəlmişkən, xarici işlər naziri Mirzoyan isə Azərbaycanla ticarətin bərpa olunacağını açıqlayıb.
Deputat Vüqar Bayramov isə qeyd edib ki, Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsi artıq 18 milyon dolları ötüb.

İqtisadçı Xalid Kərimli isə qeyd edib ki, bu mərhələdə artıq meyvə-tərəvəz, müxtəlif ərzaq məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, mineral sular, eləcə də spirtli içkilərin – o cümlədən Ermənistanın konyak və şərablarını Azərbaycan bazarına çıxarılması mümkün ola bilər

Bu arada, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanda sentyabrın 4-də keçirilmiş mətbuat konfransında törətmiş olduqları cinayətlərə görə məhkum olunmuş erməniəsilli şəxslərin Azərbaycanda dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalması, onların üzərində işgəncə törədilməsi, xristian dini simvollarının məhv edilməsi, İncildən istifadəyə imkan verilməməsi və Quran oxumağa məcbur edilməsi barədə səsləndirilmiş iddiaları əsassız və qərəzli hesab edir və aparılan sülh danışıqlarının pozulmasına yönəlik bir cəhd kimi qiymətləndirir.

TV Musavat-ın saat 12:10-da canlı yayımlanan "Həftə içi" verilişində hüquqşünas Qulamhüseyn Əlibəyli ilə Ermənistanla münasibətləri müzakirə edirik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR