İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaporojye AES ətrafında TƏCİLİ ATƏŞKƏS: Nüvə fəlakətinin qarşısını almaq üçün addım atıldı

Zaporojye Atom Elektrik Stansiyası (AES) ərazisində zədələnmiş yüksək gərginlikli elektrik ötürücü xətlərinin təmirinə imkan yaradan lokal atəşkəs rejimi rəsmən qüvvəyə minib.

Musavat.com xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi bəyanatla çıxış edib.

Təşkilatın yaydığı məlumatda xəbərdarlıq edilir ki, stansiyada ehtiyat dizel yanacağı sürətlə tükənir və xarici elektrik təchizatı təcili bərpa olunmazsa, yaxın günlərdə obyektin tamamilə enerjisiz qalması riski var.

Bu kritik vəziyyət fonunda əldə olunmuş müvəqqəti atəşkəs razılaşması stansiyanın təhlükəsizliyini təmin etmək və olası nüvə qəzası təhlükəsinin qarşısını almaq məqsədi daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR