Onlayn ictimai-siyasi qəzet
Kanada dünyanın aparıcı alimlərini ölkəyə cəlb etmək üçün başladığı böyük proqramın ilk nəticələrini açıqlayıb.
Musavat.com xəbər verir ki, proqram çərçivəsində 64 professor elmi araşdırmalar üçün ümumilikdə 541 milyon dollar maliyyə əldə edib.
Onların təxminən dörddə üçü ABŞ-nin ali təhsil müəssisələrindən cəlb olunub.
Proqrama əsasən, hər bir alim səkkiz il ərzində ildə 500 min dollardan 1 milyon dollaradək maliyyə dəstəyi alacaq.
Bu, Kanadanın ümumi dəyəri 1,7 milyard dollar olan elmi istedadların ölkəyə cəlb edilməsi təşəbbüsünün bir hissəsidir. Məqsəd dünyanın aparıcı alim və tədqiqatçılarını Kanada universitetlərinə və elmi mərkəzlərinə gətirməkdir.
Proqramın ABŞ-də Donald Tramp administrasiyasının elmi tədqiqatların maliyyələşdirilməsindən milyardlarla dolları ixtisar etdiyi bir dövrdə həyata keçirilməsi xüsusi diqqət çəkir.
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ