İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sabah"ın ev oyunları bu stadionda olacaq

“Sabah” klubunun UEFA Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Musavat.com xəbər verir ki, Azərbaycan çempionu rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Artıq UEFA rəsmi saytında Liqa mərhələsindəki 4 oyunun bu arenada olacağını təsdiqləyib.

"Sabah"ın ev oyunlarının təqvimi:

2-ci tur, 13 oktyabr 

20:45. "Sabah" - "Slaviya" (Çexiya)

3-cü tur, 20 oktyabr

20:45. "Sabah" - "Borussiya" (Dortmund, Almaniya)

5-ci tur, 25 noyabr

21:45. "Sabah" - "Barselona" (İspaniya)

7-ci tur, 20 yanvar

21:45. "Sabah" - "Napoli" (İtaliya)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR