İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəmən hökumətindən İrana sərt xəbərdarlıq: Bab-əl Məndəbə nəzarətə imkan verməyəcəyik

Yəmən hakimiyyəti İrana və Ənsar Allaha (Husilər) heç vaxt Qırmızı dənizi Ədən körfəzi ilə Ərəb dənizində birləşdirən Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirməyə icazə verməyəcək.

Musavat.com xəbər verir ki, bunu Yəmən Prezident İdarəetmə Şurasının sədri Rəşad əl-Əlimi deyib. Onun sözlərini Əl-Hadath TV-nin sitat yayıb: "Husi qüvvələri Bab əl-Məndəb boğazına yaxınlaşmağı düşünsələr, ciddi itkilərlə üzləşəcəklər".

O, ölkəsinin "heç bir halda İrana və Tehrana bağlı Husilərə Bab əl-Məndəbi nəzarət etməyə icazə verməyəcəyini" vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR