Onlayn ictimai-siyasi qəzet
Danimarkada bir kişi öz həyətində bağ işləri apararkən təsadüfən vikinq dövrünə aid böyük xəzinə aşkarlayıb.
Musavat.com xəbər verir ki, hadisə ölkənin Rebild kommunasında baş verib. Torpaqdan çıxarılan xəzinənin ümumi çəkisi təxminən 18,5 kiloqramdır.
Xəzinə 320-yə yaxın tarixi əşyadan ibarətdir. Onların arasında qədim sikkələr, zinət əşyaları və gümüş külçələr var.
Arxeoloqlar bu tapıntını Danimarkada vikinq dövrünün öyrənilməsi baxımından ən mühüm kəşflərdən biri hesab edirlər.
Tapıntılar arasında xüsusilə bir gümüş külçə mütəxəssislərin diqqətini çəkib. Külçənin üzərində qədim runik yazı aşkarlanıb. İlkin ehtimala görə, burada “Hutu” adı həkk olunub. Mütəxəssislər bunun xəzinənin vaxtilə məxsus olduğu şəxsin adı ola biləcəyini düşünürlər.
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ