Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərqdə müharibədən sonrakı dövr üçün yeni strategiya hazırlayır.
Musavat.com xəbər verir ki, “Axios”un məlumatına görə, strategiyanın əsas məqsədləri İranın dayandırılması, regionda sabitliyin təmin olunması və İsraillə ərəb dövlətləri arasında əlaqələrin genişləndirilməsidir.
Hazırlanan plan çərçivəsində ABŞ-nin dəstəyi ilə regional ittifaqın yaradılması, Qəzza ilə bağlı razılaşmaların əldə olunması, həmçinin İsraillə Suriya və Livan arasında müəyyən anlaşmaların əldə edilməsi nəzərdən keçirilir.
Bundan başqa, Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması da mümkün variantlardan biri kimi müzakirə olunur.
Məlumata görə, strategiyanın hazırlanması hələ ilkin mərhələdədir.
Onun yekunlaşdırılması üçün daha bir neçə həftə vaxt tələb oluna bilər.
Musavat.com
05 Sentyabr 2026
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ