Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Gümüşhane vilayətində 1915-1918-ci illərdə baş verən Osmanlı-Rusiya müharibəsində şəhid olan təxminən 30 tarixi məzar dəfinə axtaran şəxslər tərəfindən qazılaraq dağıdılıb.
Musavat.com xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.
Hadisə Gümüşhane vilayətinin Yuxarı Yuvalı kəndində, Yapraklı yaylasında baş verib. Yaylaya gedən sakinlər ərazidə gördükləri mənzərədən böyük üzüntü yaşayıblar.
Osmanlı-Rusiya müharibəsindən qaldığı ehtimal edilən şəhid məzarlarının yerləşdiyi ərazidə bəzi qəbirlərin şəxsiyyəti müəyyənləşdirilməyən şəxs və ya şəxslər tərəfindən qazılaraq dağıdıldığı məlum olub.
Məzarlıqdakı bəzi qəbirlərin açıldığı, qəbir daşlarının zədələndiyi və tarixi ərazinin xəzinə axtarmaq məqsədilə amansızcasına qazıldığı bildirilib.
Məzarlıqda törədilən dağıntıya sərt reaksiya verən sakinlər əcdadlardan yadigar qalan məzarların və ətraf ərazinin daha çox zərər görməməsi üçün aidiyyəti qurumların təcili tədbir görməsini tələb ediblər.
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ