İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il Avroviziyaya Murad Arif gedir ?!

Tanınmış bəstəkar və müğənni Murad Arif “Avroviziya” beynəlxalq mahnı müsabiqəsi ilə bağlı İctimai Televiziyaya (İTV) diqqətçəkən və məzəli eyhamlı çağırış edib.

Sənətçi illər əvvəl qatıldığı verilişlərin birindən olan arxiv kadrlarını paylaşaraq, “İndi 10-15 kilo arıqlamışam” sözləri ilə həm zarafat edib, həm də müsabiqəyə iddialı olduğunu bir daha nümayiş etdirib.

Musiqiçi yaradıcılığının məhz bu beynəlxalq şounun standartlarına tam cavab verdiyini vurğulayıb:

“Musiqiçi kimi deyirəm, mənim musiqilərim Avroviziya üçündür. Çünki çılğındır. İndi Avroviziya İTV-nin kurasiyasındadır. Bir ilahi qüvvə məni onların ağlına gətirsin. Mənim yaradıcılığım Avroviziya formatındadır”.

Qeyd edək ki, Murad Arif illərdir verdiyi müsahibələrdə Azərbaycanı “Avroviziya” səhnəsində təmsil etmək arzusu və potensialı olduğunu dəfələrlə dilə gətirib.

Könül

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR