İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yanımda silahlar partlayır, soruşur, arvadımın follikulu niyə partlamır?” Ginekoloqa gələn ŞOK ZƏNG - VİDEO

“Peşə kuryozu”nun budəfəki qonağı həkim-ginekoloq, Vətən müharibəsi iştirakçısı, tibb xidməti kapitanı Rəşad Sultandır.

Cəmiyyətdə həm hərbi xidmətdəki fədakarlığı, həm də ginekologiya sahəsindəki peşəkar fəaliyyəti və səmimi yanaşması ilə seçilən Rəşad Sultan jurnalist Afaq Mirayiqin müəllifi olduğu verilişdə uzun illərin həkimlik və döyüş praktikasında yaşadığı, indiyədək çoxlarının eşitmədiyi maraqlı peşə xatirələrini bölüşür.

Kişilərin haqqında danışmağa utandığı, qadınların isə həyatlarını rahatlıqla etibar etdiyi bir peşənin sahibi olan həkim-ginekoloq döyüş meydanında həyat xilas etməklə yeni bir həyatın dünyaya gəlişinə vəsilə olmaq arasındakı gərgin keçidlərdən, tabor tibb məntəqəsinin rəisi kimi yaşadığı pərdəarxası məqamlardan və tibbi fəaliyyətində qarşılaşdığı absurdlardan, təəccüblü kuryoz situasiyalardan səmimi söhbət açır.

Musavat.com "TV Müsavat"da yayımlanan həmin videomaterialı təqdim edir:

Afaq Mirayiq,
Rafət Şahbazov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR