İnsanlara hürriyət, millətlərə istiqlal!

Uitkoff və Kuşner sentyabrın 6-da Kiyevə gedəcəklər

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner sentyabrın 6-da Kiyevə səfər edəcəklər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə “Axios” ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Uitkoff və Kuşner əvvəlcə Moskvaya gedəcəklər. Onların sentyabrın 5-də Kremlin rəhbəri Vladimir Putinlə Moskvada görüşməsi, ertəsi gün isə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparması planlaşdırılır.

Bu, Uitkoff və Kuşnerin Trampın Ağ Evə qayıdışından sonra Ukraynaya ilk səfəri olacaq.

ABŞ və Ukrayna rəsmilərinin sözlərinə görə, Kiyevə səfər bir neçə aydır müzakirə olunur. Səfərin əsas məqsədinin Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlar aparmaq olduğu bildirilir.

Qeyd edək ki, səfərin təhlükəsizliyi ilə bağlı müəyyən narahatlıqlar da yaranıb. Reuters-in məlumatına görə, ABŞ tərəfi nümayəndələrin səfəri zamanı həm Rusiyanın Kiyevə, həm də Ukraynanın Moskvaya zərbələr endirməməsi ilə bağlı təminatların alınmasına çalışır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR