İnsanlara hürriyət, millətlərə istiqlal!

Aysel Teymurzadədən keçmiş həyat yoldaşına diqqətçəkən dəstək

“Avroviziya-2009” təmsilçimiz, müğənni Aysel Teymurzadənin keçmiş həyat yoldaşı, Xalq artisti və pianoçu Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı Prezidentin köməkçisi Anar Ələkbərovun paylaşımına yazdığı şərhlə diqqət çəkib.

Musavatcom xəbər verir ki, müğənni həmin paylaşımın altına ürək və gül emojiləri göndərərək keçmiş həyat yoldaşına dəstəyini ifadə edib.

Ayselin bu jesti sosial şəbəkə istifadəçiləri tərəfindən keçmiş həyat yoldaşına dəstək mesajı kimi qiymətləndirilib. 

Qeyd edək ki, Aysel Teymurzadə və Murad Adıgözəlzadə 2012-ci ildə ailə həyatı qurublar. Cütlüyün üç övladı var. Son illərdə onların ayrılması ilə bağlı müxtəlif iddialar səslənsə də, tərəflər şəxsi həyatları ilə bağlı geniş açıqlama verməyiblər. Lakin ailə qurduqdan sonra səhnədən uzaqlaşan Aysel müğənnilik fəaliyyətini bərpa edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb.

Könül,
Musavat.com

Screenshot_2026-09-04_184906 (1).png (918 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR