Onlayn ictimai-siyasi qəzet
"Survivor Greece" şousunun iştirakçısı Stavros Floros Dominikan Respublikasında çəkilişlər zamanı baş verən ağır qəza ilə bağlı məhkəməyə müraciət edib.
Musavat.com xəbər verir ki, yunanıstanlı yarışmaçı tanınmış prodüser Acun Ilıcalı və onun şirkətlərinə qarşı 100 milyon dollar məbləğində təzminat davası açıb.
Tur gəmisinin pərvanəsinə ilişərək ayağını itirən Floros təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə təşkil edilmədiyini bildirir.
Hazırda ABŞ-də müalicəsini davam etdirən və layihənin çempionu elan edilən yarışmaçının vəkilləri qəzada bilavasitə çəkiliş heyətinin və təşkilatçıların məsuliyyət daşıdığını qeyd edirlər. Şounu yayımlayan "SKAI TV" kanalı isə çəkiliş prosesinin tam olaraq "AcunMedya"nın nəzarətində gerçəkləşdiyini açıqlayıb.
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ