İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan İranla bağlı TƏCİLİ AÇIQLAMA - Bu ərazilər TEZLİKLƏ VURULACAQ

ABŞ ordusu “çox tezliklə” İranın Kolanq Qaz-La dağı yaxınlığında, Natanz ərazisində yerləşən nüvə obyektinə zərbə endirə bilər.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

“Əgər Kirka yaxınlığında nəsə baş versə, biz çox tezliklə ora zərbə endirə bilərik”, - o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

ABŞ-da Kolanq Qaz-La massivi Kirka dağı adlandırılır. Tramp son həftələrdə bu qəbildən olan xəbərdarlıqlarla dəfələrlə çıxış edib.

Xatırladaq ki, İordaniyadakı ABŞ bazalarına İrandan raket zərbələri və pilotsuz uçuş aparatları ilə hücumlardan sonra Tramp “daha sərt və yüksək səviyyədə” cavab verəcəyinə söz verib və xəbərdarlıq edib ki, eskalasiya davam edəcəyi təqdirdə İslam respublikası “bir ölkə kimi yer üzündən tamamilə silinəcək”. 

Jurnalistlərin suallarını cavablandıran ABŞ prezidenti bildirib ki, Birləşmiş Ştatların diplomatiyası Ukraynadakı münaqişənin aradan qaldırılması üçün “yaxşı şans” verməyə qadirdir.

O, nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin yeni missiya ilə Rusiyaya gedəcəyini təsdiqləyib.

“Onlar möhtəşəm iş nümayiş etdirirlər. Biz onları nəsə nail ola biləcəyimizi görmək üçün göndərdik. Və buna nail olmağımız üçün yaxşı şans yarana bilər”, - deyə Tramp Ukraynada nizamlanma səylərini şərh edərkən bəyan edib.

O, Uitkoff və Kuşneri “iki möhtəşəm danışıqlarçı” kimi xarakterizə edib.

Daha əvvəl Uitkoff və Kuşnerin sentyabrın 5-6-da Moskva və Kiyevə səfər etmək niyyətində olduğu bildirilirdi.

Bununla yanaşı, ABŞ prezidenti Rusiya Federasiyasının NATO ölkələrinə hücum etmək cəhdinin olmadığına əminliyini ifadə edib.

“Mən düşünmürəm ki, Putin buna gedər”, - deyə Tramp bəyan edib.

“Mən onunla danışıram. Mən onu çox yaxşı tanıyan biriyəm. Putin NATO ərazisinə hücum etməyə can atmır”, - deyə amerikan lider vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR