İnsanlara hürriyət, millətlərə istiqlal!

Sibel Can və Emir Sarıgül evlənir – toyun tarixi və yeri bəlli oldu

Türkiyənin məşhur müğənnisi Sibel Can və iş adamı Emir Sarıgül illərdir davam edən münasibətlərini rəsmiləşdirməyə hazırlaşırlar.

Musavat.com xəbər verir ki, uzun müddətdir eşq münasibətləri barədə yayılan iddialara münasibət bildirməyən cütlüyün sentyabrın 17-də Muğlanın Marmaris rayonunda evlənəcəyi iddia olunur.

Məlumata görə, mərasimə şou-biznes, iş dünyası və media nümayəndələri də daxil olmaqla, təxminən 500 nəfərin dəvət ediləcəyi gözlənilir. Tədbirə Türkiyənin müxtəlif bölgələrindən və xaricdən gələcək qonaqlar üçün xüsusi təyyarə reyslərinin təşkil ediləcəyi bildirilir.

Hava limanına çatacaq qonaqların qalacaqları hotelə və mərasimin keçiriləcəyi məkana rahat şəkildə aparılması üçün VIP avtomobillərdən ibarət nəqliyyat xidmətinin də təşkil olunacağı qeyd edilir.

Sibel Can və Emir Sarıgülün münasibəti ilə bağlı iddialar illər əvvəl onların Bodrum və Göcek sahillərində lövbər salan lüks yaxtada birlikdə görüntülənməsindən sonra gündəmə gəlmişdi.

Cütlük uzun müddət ərzində münasibətləri ilə bağlı yayılan xəbərlərə açıqlama verməyib və şəxsi həyatlarını mediadan uzaq saxlamağa üstünlük verib.

Məlumata görə, nikah mərasimindən sonra Sibel Can və Emir Sarıgülün bal ayına çıxması planlaşdırılır.

Könül

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR