İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Zelenskinin ofisində axtarışlar aparılır - SAXLANILANLAR VAR

Ukraynanın Milli Aksikorrupsiya Bürosu (NABU) Prezident Volodimir Zelenskinin Ofisində istintaq hərəkətləri həyata keçirir.

Musavat.com xəbər verir ki, bu barədə Ali Radanın deputatı Oleksiy Qonçarenko məlumat verib.

Axtarışların səbəbi və məhz kimə aid olduğu hələlik açıqlanmır. 

Eyni zamanda, NABU və Xüsusi Anti-Korrupsiya Prokurorluğu (SAP) Baş Prokurorluğun vəzifəli şəxsi tərəfindən rəhbərlik edilən cinayətkar təşkilata qarşı xüsusi əməliyyat keçirildiyini bəyan ediblər.

Şübhəli şəxslər fırıldaqçı çağrı mərkəzləri (koll-mərkəzlər) şəbəkəsinə "himayədarlıq" etməkdə və əmlakı leqallaşdırmaqda ittiham olunurlar.

"Ukrainska pravda" Baş Prokurorluğun Ofisində istintaq hərəkətlərinin aparıldığını və departamentlərdən birinin rəis müavini Segey Kropivanın saxlanıldığını bildirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR