Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Türkiyənin məşhur komediyaçısı Cem Yılmaz şənbə günü Çanaqqalanın Ayvacıq rayonunda yerləşən bağ evində infarkt keçirib.
Musavat.com xəbər verir ki, qəfil sinə və kürək ağrısı yaşayan Yılmaz təcili olaraq Ayvacıq dövlət xəstəxanasına aparılıb. Burada ilkin müdaxilədən sonra aktyor və komediyaçı Çanaqqaladakı xəstəxanaya sevk edilib.
Cem Yılmaza burada angioqrafiya müayinəsi aparılıb və ürək damarına stent yerləşdirilib. Prosedur kardiyoloq, professor Ercan Akşit tərəfindən həyata keçirilib. Bildirilib ki, müdaxilə biləkdən təxminən 40 dəqiqə ərzində həyata keçirilib.
Ercan Akşit Yılmazın xəstəxanaya gətirilərkən şüurunun açıq olduğunu bildirib. Həkim məşhur komediyaçının ciddi infarkt keçirdiyini vurğulayıb.
Müalicəsi başa çatdıqdan sonra evə buraxılan Cem Yılmaz sosial media hesabında səhhəti ilə bağlı ilk paylaşımını edib.
O, paylaşdığı fotoya bu sözləri yazıb:
“Sağ olun, dostlar, yaxşıyam. Tam ‘G.O.R.A.-nın çəkilişləri bitdi, dedim ki, indi iş bitəndən sonra yorğunluğum çıxar, çəkiliş meydançasında heç hiss etdirməzsən, iş bitəndən sonra sümüklərin ağrıyar. Dünən sinəmə, kürəyimə pis bir ağrı sancıldı. Evə gedib yatsaydım, hələ də yatmış olardım... Ayvacıqdakı ilk xəstəxanadakı və Çanaqqaladakı dostlarıma təşəkkür edirəm, edəcəyəm, sonra ətraflı danışaram”.
Cem Yılmazın hazırda səhhətinin yaxşı olduğu və müalicədən sonra evində istirahət etdiyi bildirilir.
Könül
Musavat.com
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ