Onlayn ictimai-siyasi qəzet
Rusiyada populyarlıq qazanan azərbaycanlı müğənni Sabi (Səbinə Məmmədova) avtomobil qəzasına düşüb.
“Bazovıy minimum” mahnısı ilə tanınan ifaçının avtomobili elektrik skuteri sürən qızla toqquşub.
Qəzanın ehtimal olunan günahkarı olan skuter sürücüsü avtomobilə dəyən zərərin təmir xərclərindən narahat olaraq ağlamağa başlayıb.
Sabi isə onu sakitləşdirərək avtomobilin təmir xərcini özünün ödəyəcəyini bildirib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb./sfera
05 Sentyabr 2026
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ