Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Röya Ayxan bəstəkar-müğənni Kazım Canla yeni duetini təqdim edib.
Musavat.com xəbər verir ki, “Dosta” adlanan mahnı artıq dinləyicilərin ixtiyarına verilib.
Mahnının sözləri Orxan Qarabasma və İlqar Bayramova, musiqisi isə Kazım Cana məxsusdur.
“Dosta” üçün çəkilən klipin rejissoru Cəlal Kəngərlidir. Ekran işində müğənnilər İsmail Zadə, Nigar Camal və Aygül, həmçinin stilist Elnur Həsənov da yer alıblar.
Röya Ayxan və Kazım Can klipdə üç fərqli obrazda kamera qarşısına keçiblər. Sənətçilərin obrazlarını stilist Elnur Həsənov hazırlayıb. Röyanın saç və makiyajı da onun tərəfindən edilib.
Mahnının rəsmi təqdimatı hələ keçirilməsə də, “Dosta” artıq sosial şəbəkələrdə diqqət çəkib. Xüsusilə TikTok platformasında mahnı qısa müddətdə geniş auditoriyanın marağına səbəb olub.
Könül
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ