İnsanlara hürriyət, millətlərə istiqlal!

Serhat yeni layihədə rol almaqdan imtina etdi – SƏBƏBİ BƏLLİ OLDU

Türkiyəli aktyor Serhat Kılıç yeni ekran layihəsində rol almaq təklifini qəbul etməyib. Aktyorun hələ çəkilişləri başlamayan layihədə yer almaqdan imtina etməsinin əsas səbəbi səhhəti ilə bağlıdır.

Məlumata görə, Serhata boyun nahiyəsində disk yırtığı diaqnozu qoyulub. Səhhətində yaranan problem səbəbindən aktyora müəyyən fiziki hərəkətlərdən və xüsusilə döyüş səhnələrində iştirakdan uzaq durmaq tövsiyə edilib.

Yeni layihədə fiziki baxımdan ağır səhnələrin nəzərdə tutulması aktyorun qərarına təsir edib. Sağlamlığını ön planda tutan Serhat bu səbəbdən layihədə iştirak etməmək qərarına gəlib.

Aktyorun qarşıdakı dövrdə müalicə prosesinə diqqət ayıracağı və səhhəti ilə bağlı vəziyyət dəqiqləşdikdən sonra yeni layihələrini dəyərləndirəcəyi bildirilir.

Serhatın qərarı pərəstişkarları arasında da maraq doğurub. Aktyorun səhhətinin yaxşılaşmasından sonra ekranlara qayıdıb-qayıtmayacağı isə maraqla gözlənilir.

Könül

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR