İnsanlara hürriyət, millətlərə istiqlal!

Sökülən binanın zirzəmisində HƏYƏCANLI DƏQİQƏLƏR: FHN dərhal əraziyə cəlb olundu

Paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 34 ünvanında yerləşən və söküntü planına düşən yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.

Musavat.com xəbər verir ki, köçürülmə prosesi davam edən binanın zirzəmisində elektrik kabelləri yanmağa başlayıb. Binanın böyük əksəriyyəti — təxminən 95 faizi artıq köçürülsə də, hələ də orada yaşayan sakinlərin olduğu bildirilir.

Hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə məlumat verilib. Sakinlərin sözlərinə görə, binada hələ də canlıların — insanların və ev heyvanlarının olması səbəbindən yanğın böyük təhlükə yaradıb.

Əraziyə operativ şəkildə cəlb olunan FHN-in yanğından mühafizə qüvvələri sayəsində alov qısa müddətdə söndürülüb və daha böyük fəsadların qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Şahanə Rəhimli
Musavat.com
Fotolar müəllifindir

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR