İnsanlara hürriyət, millətlərə istiqlal!

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevə hökumət başçısı postunda ən uzun müddət qalması münasibətilə təbrikinə görə təşəkkür edib.

Musavat.com xəbər verir ki, Meloni bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Təşəkkür edirəm, əziz Əliyev, bu sözlərə və xalqlarımızı birləşdirən səmimi dostluğa görə", - Meloni qeyd edib.

O vurğulayıb ki, son illər ərzində İtaliya və Azərbaycan ortaq baxış və maraqlara əsaslanan möhkəm əməkdaşlıq qurublar.

"Strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi istiqamətində birlikdə gördüyümüz işlə çox fəxr edirəm və əminəm ki, qarşıda bizi xalqlarımızın maraqları naminə yeni mühüm əməkdaşlıq imkanları gözləyir", - İtaliya Baş naziri qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR