İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstan Türkiyəyə “xox” gəldi – “Avropa Birliyinə girmək istəyirsinizsə...”

Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Türkiyənin Avropa İttifaqı ilə münasibətlərinin inkişafını Afina ilə yaxşı qonşuluq münasibətləri ilə əlaqələndirib.

Musavat.com xəbər verir ki, Miçotakis Avropa Şurasının Prezidenti Antonio Koşta ilə keçirdiyi birgə mətbuat konfransında Türkiyə ilə bağlı sərt açıqlamalar verib.

Yunanıstanın baş naziri Antonio Koştanı Egey dənizində son dövrdə artdığını iddia etdiyi “Türkiyə təxribatları” barədə məlumatlandırdığını bildirib.

“Avropa İttifaqı ilə münasibətlərini inkişaf etdirməyə ümid edən bir ölkə tərəfindən müharibə istiqamətində aktiv təhdid və Yunanıstanın suverenliyinin şübhə altına alınması qəbuledilməzdir”, – deyə Miçotakis bildirib.

O, Yunanıstanın müdafiə siyasətinə də toxunaraq Afinanın bu məsələdə kənardan göstəriş qəbul etməyəcəyini vurğulayıb:

“Öz müdafiə gücümüzü necə möhkəmləndirəcəyimiz barədə heç kimdən göstəriş qəbul etməyəcəyik”.

Miçotakis Türkiyənin Avropa perspektivi ilə bağlı mövqeyini isə belə ifadə edib:

“Türkiyənin Avropa yolu Yunanıstanla yaxşı qonşuluq münasibətlərindən keçir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR