İnsanlara hürriyət, millətlərə istiqlal!

DİM sədri: Ali məktəblərə ayrılan plan yerlərinin cəmi 2 faizi boş qalıb

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb.

Musavat.com xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, 2026/2027-ci tədris ili üzrə plan yerlərinin 97,71 faizi dolub, 1393 yer (təxminən 2%-i) boş qalıb.

İxtisas qrupları üzrə dolma göstəricisi belədir: I qrup – 97,34 faiz, II qrup – 98,87 faiz, III qrup – 99,87 faiz, IV qrup – 92,38 faiz, V qrup – 93,84 faiz.

Ümumilikdə 41 mülki ali təhsil müəssisəsindən 13-də plan yerləri tam dolub, 34 universitetdə isə dolma göstəricisi 95 faizdən yüksək olub.

M. Abbaszadə bildirib ki, qəbul olunan şəxslər 8 sentyabr saat 18:00-dək my.gov.az portalı vasitəsilə elektron qeydiyyatdan keçməlidirlər. Boş qalan plan yerlərinə qəbul olunanlar isə 8-15 sentyabr tarixlərində qeydiyyatdan keçməlidirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR