Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın şagirdlərin rəqəmsal bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqatda əvvəlki nəticələri qənaətbəxş olmayıb.
Musavat.com xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev beynəlxalq qiymətləndirmə tədqiqatları barədə danışarkən deyib.
O bildirib ki, Azərbaycan ICILS tədqiqatında ilk dəfə 2023-cü ildə iştirak edib. Bu tədqiqat 8-ci sinif şagirdlərinin kompüterdən istifadə və alqoritmik düşüncə bacarıqlarını qiymətləndirir.
“Bu bizim üçün baza, yəni ilkin vəziyyətimizi başa düşmək üçün bir imkan vermişdi. Nəticələrimiz həqiqətən də çox yaxşı deyildi”, – deyə E.Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan 2028-ci ildə ICILS tədqiqatında yenidən iştirak etməyi planlaşdırır. Bu zaman əvvəlki nəticələrlə müqayisə aparılaraq görülən sistemli işlərin şagirdlərin rəqəmsal bacarıqlarına təsiri qiymətləndiriləcək.
Şahanə Rəhimli
Musavat.com
05 Sentyabr 2026
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ