Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda 4-cü sinif şagirdlərinin oxu bacarıqları üzrə beynəlxalq qiymətləndirmə aparılıb.
Musavat.com xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev deyib.
Onun sözlərinə görə, PIRLS tədqiqatı ibtidai təhsilin sonunda – 4-cü sinifdə şagirdlərin oxu bacarıqlarını qiymətləndirir.
Tədqiqat şagirdlərin oxuduqları mətnləri nə dərəcədə anladıqlarını, mənimsədiklərini və əldə etdikləri məlumatdan istifadə edə bildiklərini müəyyənləşdirir.
E.Əliyev bildirib ki, PIRLS tədqiqatı bu il Azərbaycanda keçirilib və nəticələrin gələn il açıqlanması gözlənilir.
Onun sözlərinə görə, nəticələr Azərbaycanın ibtidai təhsil sahəsində həyata keçirdiyi islahatların şagirdlərin oxu bacarıqlarına təsirini qiymətləndirməyə, eləcə də hansı istiqamətlərdə əlavə resurs və diqqətə ehtiyac olduğunu müəyyənləşdirməyə imkan verəcək.
Elnur Əliyev qeyd edib ki, hazırda şagirdlərin oxu bacarığının aşağı olması narahat edən məsələdir:
"2018-ci ilin nəticələrini gördük. Yeri gəlmişkən, 2025-ci ilin nəticələri 8 dekabr, 11:30-da elan olunacaq".
Şahanə Rəhimli
Musavat.com
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ