Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ nümayəndələri Stiv Uittkoff və Cared Kuşnerin Moskvaya səfəri zamanı Ukrayna Rusiyaya hava zərbələri endirməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Zelenskinin sözlərinə görə, bu qərar amerikalı danışıqlar aparan şəxslərin Moskvaya təhlükəsiz şəkildə çatmasına imkan yaratmaq məqsədi daşıyır.
“Rusiya da öz növbəsində danışıqlar üçün lazım olan müddət ərzində hava zərbələri olmadan eyni şəkildə sakitliyi təmin etməlidir”, - deyə Zelenski vurğulayıb.
Məlumata görə, Uittkoff və Kuşner Moskvadan sonra bazar günü Kiyevə səfər edəcəklər.
Musavat.com
05 Sentyabr 2026
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ