İnsanlara hürriyət, millətlərə istiqlal!

Seuta böhranı – 10 min miqrant hələ də anklavdadır

Sentyabrın 3-də İspaniya parlamentində çıxış edən baş nazir Pedro Sançes Seuta böhranı ilə bağlı bütün sənədləri dərc edəcəyinə söz verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, baş nazir bunu ölkəni bürüyən narazılıq dalğasını dəf etmək üçün edib. Sançesin İspaniya sərhədini pozan minlərlə insan üçün verdiyi izahat polis versiyası ilə ziddiyyət təşkil edir. İspaniya mediasının məlumatına görə, polis məxfi hesabatında sərhəd pozuntusunun Mərakeş kəşfiyyat xidmətlərinin köməyi ilə təşkil olunduğunu bildirib. Lakin Sançes Seuta sərhədinin pozulmasında Rusiya və İsraili günahlandırıb. Dərc olunmuş sənədlər onun ittihamlarını ya təsdiqləməli, ya da təkzib etməlidir.

Aradan bir ay keçsə də, Seuta hadisəsi Sançesin solçu hökuməti üçün başağrısı olaraq qalır.
Xatırladaq ki, iyulun sonlarında əsasən mərakeşlilərdən ibarət olan 72.000 insan Şimali Afrikadakı İspaniya anklavına soxulub. Onları kiminsə siyasi sığınacaq və hətta İspaniya vətəndaşlığı veriləcəyi barədə yaydığı şayiələr cəlb edib. İspanlar, xüsusən də Seuta sakinləri, anklavın hələ də bütün çağırılmamış qonaqlardan təmizlənməməsindən qəzəblənirlər. Sentyabr 2-də ölkə daxilində qanunsuz immiqrantların gəldikləri yerə geri göndərilməsi tələbi ilə etirazlar keçirilib. Seuta şəhərindəki nümayişçilər şəhərdə qalan miqrantların qovulmaması halında onları ölkə daxilində paylaşdırmağı təklif edirlər.

Hakimiyyət orqanlarının məlumatına görə, sərhədi keçməyi bacaran 72.000 nəfərdən təxminən 10.000-i hələ də anklavdadır. Bunlara müvəqqəti miqrant düşərgələrində, eləcə də küçələrdə və çimərliklərdə olanlar daxildir. Şəhərdə bir çox müşayiətsiz yetkinlik yaşına çatmayanlar da qalır.

Sançes özü çıxışı zamanı Seutaya keçənlərin 90%-dən çoxunun ilk üç gün ərzində geri göndərildiyini və bunun Avropa tarixində ən sürətli deportasiyalardan biri olduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR