Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində Rusiyanın Saratov vilayətində baş verən hadisəyə diqqət çəkərək “asimmetrik əməliyyatlar” barədə danışıb.
Musavat.com xəbər verir ki, Zelenskinin bu sözləri Engelsdə rus generalına qarşı sui-qəsd xəbərlərinin yayıldığı vaxta təsadüf edib.
Zelenski Rusiyanın pilotsuz uçuş aparatı ilə Coca-Cola zavoduna zərbə endirdiyini bildirərək deyib:
“Bu gün ruslar öz dronları ilə Coca-Cola zavodunu vurdular. Artıq Coca-Cola da onlar üçün elə bir düşməndir ki, onu öz “Şahed”ləri ilə yandırırlar. Bu, Amerikaya açıq Rusiya siqnalıdır. Ruslar bunun Amerika müəssisəsi olduğunu bilməyə bilməzlər”.
Ukrayna Prezidenti daha sonra “asimmetrik əməliyyatlar” barədə diqqətçəkən mesaj verib:
“Rusiyanın bu taktikasına cavab olaraq bizim də asimmetrik əməliyyatlarımız olacaq. Rusiya cinayətkarları harada gizlənsələr də, tapılacaqlar. Bu gün bunun növbəti təsdiqi var – Saratov vilayətinin ərazisində təsdiqi”.
Musavat.com
04 Sentyabr 2026
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ