İnsanlara hürriyət, millətlərə istiqlal!

İranı silkələyəcək QƏRAR: ABŞ hər yerdə onu axtarır - 10 milyon verəcək

ABŞ hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kiberhücumlara cavabdeh komandirlərindən biri barədə məlumat verən şəxsə 10 milyon dollara qədər mükafat təyin edib.

Musavat.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin “Ədalət üçün Mükafat” (Rewards for Justice) proqramı SEPAH-ın Kiber-elektron Komandanlığında fəaliyyət göstərən Əmir Yaryabın kimliyinin müəyyənləşdirilməsinə və ya yerinin aşkarlanmasına səbəb olacaq məlumatlar üçün 10 milyon dollara qədər mükafat veriləcəyini açıqlayıb.

Proqramın məlumatına görə, Yaryab SEPAH-ın Kiber-elektron Komandanlığında kiber əməliyyatlar bölməsinə rəhbərlik edir.

Onun “Şəhid Həmmət” və “Şəhid Şuştəri” adlı kiberqrupların təşkilatlanması və idarə olunmasında da rol oynadığı bildirilir.

ABŞ rəsmilərinin iddiasına əsasən, sözügedən qruplar Yaryabın rəhbərliyi altında ABŞ-ın mühüm infrastruktur obyektlərinə qarşı dağıdıcı kiberhücumlar həyata keçirirlər.

ABŞ tərəfi hesab edir ki, bu fəaliyyətlər ölkənin kritik infrastrukturuna ciddi təhlükə yaradır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR