İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan XÜSUSİ ƏMƏLİYYAT: Krım BOMBALANDI, Trampın adamları TƏCİLİ Moskvaya gedir

Stiv Uitkoff və Cared Kuşner 5-6 sentyabr tarixlərində əvvəlcə Moskvaya, daha sonra isə Kiyevə səfər edəcəklər.

TASS məlumat yayıb. Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko da Uitkoff və Kuşnerin şənbə günü Moskvaya, bazar günü isə Kiyevə səfər edəcəklərini bildirib.

Belə vaxtda isə “Air Tanzania” aviaşirkəti sentyabrın 4-dən Tanzaniyanın Dar əs-Salam şəhəri ilə Moskva arasında uçuşları müvəqqəti dayandırıb. Səbəb mülki aviasiyaya olan təhdidlərdir.

Həmçinin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Group 13” xüsusi təyinatlı bölməsi işğal edilmiş Krım yarımadasında Rusiya ordusunun “Bastion” kompleksini vurub. Bu barədə Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bildirilib ki, “Group 13” əməliyyat zamanı Rusiya ordusunun “Sirkon” və “Oniks” raketlərinin daşıyıcısı olan “Bastion” kompleksini uğurla məhv edib.

Bundan əlavə, xüsusi təyinatlı bölmə yarımadada Rusiyaya məxsus iki yanacaq tankerini və bir komanda-qərargah maşınını vurub.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi şərqşünas, siyasi ekspert Rauf Rəcəbovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR