İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal müharibə şəraitində dizelin qiyməti 55 faiz bahalaşdı

Birləşmiş Ştatlarda dizel yanacağının orta qiyməti bir qallon üçün 5,820 dollara yüksələrək 2022-ci ilin iyun ayında qeydə alınmış əvvəlki rekord göstəricini geridə qoyub.

Musavat.com xəbər verir ki, qiymətlərin kəskin sıçrayışı ABŞ ilə İran arasında hərbi əməliyyatların yenidən alovlanması və Ukraynanın Rusiya neft emalı zavodlarına etdiyi hücumlar fonunda qlobal tədarük qıtlığı ilə bağlıdır.

ABŞ-də dizel və qızdırıcı yanacaq ehtiyatları tarixi minimum səviyyədə qalmaqdadır. Fermerlərin, yükdaşıyanların və isitmə sistemlərinin mövsümi tələbatının artması qiymətlərin daha da bahalaşmasına səbəb ola bilər. ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan bəri dizel yanacağı artıq 55 faiz bahalaşıb.

Qiymət artımı noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində yaşayış minimumu və xərclərin artmasından narahat olan Prezident Donald Tramp üçün ciddi siyasi problemlər yaradır. Əvvəllər Amerika lideri yerli neft emalı zavodlarını daxili dizel və benzin istehsalını təcili artırmağa çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR