İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bəzən hər şey ola bilər": Vens İranda toya endirilən zərbədən DANIŞDI

ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqtonun İranda toy mərasiminə endirilən zərbənin təfərrüatlarını hərtərəfli araşdırdığını bəyan edib.

Musavat.com xəbər verir ki, Vens Ağ Evdə keçirilən brifinqdə xəbərləri şərh edərkən "Biz bunu çox əhatəli şəkildə araşdırırıq", - deyə bildirib.

Bununla belə, ABŞ vitse-prezidenti İran tərəfinin verdiyi məlumatların reallığı tam əks etdirdiyinə şübhə ilə yanaşdığını qeyd edib: "Buna görə də mən bu məsələyə son dərəcə skeptik yanaşıram".

Onun sözlərinə görə, Vaşinqton baş vermiş hadisənin bütün təfərrüatlarını müəyyənləşdirməyi vacib hesab etdiyi üçün araşdırma aparır.

"Yüz faiz əminliklə deyə bilərəm ki... ABŞ döyüşlərdə heç vaxt dinc sakinləri hədəf seçmir. Biz heç vaxt bunu etmərik. Biz heç vaxt belə bir şey etməmişik", - deyə vitse-prezident iddia edib.

Lakin o, təəssüflə əlavə edib ki, "bəzən hər şey ola bilər".

Qeyd edək ki, sentyabrın 2-də "Fars" agentliyi Qırmızı Aypara Cəmiyyətinin nümayəndəsinə istinadən bildirib ki, ABŞ-nin İranın Sirik şəhərində toy mərasiminin keçirildiyi məkana endirdiyi zərbə nəticəsində 5 nəfər həlak olub, ən azı 68 nəfər xəsarət alıb. Yaralılar arasında çoxlu uşaqların olduğu və onların Sirik və Minab xəstəxanalarına çatdırıldığı qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR