İnsanlara hürriyət, millətlərə istiqlal!

“SSRİ-nin ürəyi”ndə ev almaq əlçatmaz olur - Qiymətlər bir ildə 13 faiz bahalaşdı

Moskvada hazır binalardakı mənzillərin qiyməti sürətlə bahalaşmaqda davam edir.

Musavat.com xəbər verir ki, analitiklərin məlumatına görə, 2026-cı ilin avqustunda Moskvada təkrar mənzil bazarında bir kvadratmetrin orta qiyməti 395,6 min rubla çatıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 12,5 faiz çoxdur.

İlin əvvəlindən qiymətlər 7,6 faiz, təkcə iyul ayı ilə müqayisədə isə 0,8 faiz yüksəlib.

Ekspertlər bildirirlər ki, Yeni Moskvada hazır binalardakı mənzillər köhnə Moskva və Moskva vilayəti ilə müqayisədə daha sürətlə bahalaşır.

Moskvanın tarixi sərhədləri daxilində mənzil qiymətləri ötən ilin avqustu ilə müqayisədə 8,3 faiz, 2025-ci ilin dekabrı ilə müqayisədə isə 7,9 faiz artaraq bir kvadratmetr üçün 309,4 min rubla çatıb.

Moskva vilayətində isə qiymətlər ötən ilin avqustuna nisbətən 6,6 faiz, 2025-ci ilin dekabrı ilə müqayisədə 5,1 faiz yüksəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR