İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya olmasaydı, Türkiyə Ermənistana girəcəkdi” - İrəvanda “102-ci hərbi baza” qarşıdurması böyüyür

Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov Rusiyanın ölkədəki hərbi bazasının təhlükəsizlik baxımından mühüm rol oynadığını bildirib.

Musavat.com xəbər verir ki, Şarmazanov bu fikirləri məhkəmə binasının qarşısında jurnalistlərlə söhbəti zamanı Rusiyanın hərbi birləşməsinin Ermənistanda gələcək mövcudluğu ətrafında gedən müzakirələri şərh edərkən səsləndirib.

İxtisasca tarixçi olan Şarmazanov bildirib ki, 1992–1993-cü illərdə Türkiyə Ermənistana qarşı üç dəfə məhdud hərbi zərbə endirməyi planlaşdırıb. Onun sözlərinə görə, Rusiyanın sərt reaksiyası, 1995-ci ildən etibarən isə Rusiya hərbi bazasının Ermənistanda yerləşdirilməsi Türkiyənin mümkün müdaxiləsinin qarşısını alıb.

Şarmazanov hesab edir ki, Ermənistan kimi kiçik ölkələr öz təhlükəsizliklərini təkbaşına təmin edə bilməzlər. Siyasətçinin sözlərinə görə, məhz bu məntiq əsasında İrəvan vaxtilə Moskva ilə müttəfiqlik münasibətləri qurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR