İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Vəliyev təhqirə görə cəzalandırıldı: 9 ay...

Bakı şəhəri Xətai Rayon Məhkəməsində Manşet.az xəbər portalının təsisçisi və baş redaktoru Əli Vəliyev barəsində məhkəmə prosesi başa çatıb.

Musavat.com xəbər verir ki, bu barədə Axar.az-a vəkil Səbinə Əliyeva məlumat verib.

O bildirib ki, hakim Fuad Axundovun sədrliyi ilə keçirilən iclasda Əli Vəliyevin əməkdar jurnalist, Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızını (Quliyeva) təhqir etdiyi və ona böhtan atdığı sübuta yetirilib.

Məhkəmənin hökmü ilə Ə.Vəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə təqsirli bilinib. O, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Bundan əlavə, məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

Musavat.com bildirir ki, məsələ ilə bağlı Manşet.az portalının baş redaktoru Əli Vəliyev də açıqlama yayıb. O deyib ki, Azərbaycan qanunvericiliyinin ona verdiyi hüquqlardan istifadə edərək bu hökmdən apellyasiya şikayəti verəcək: "Hüquqlarımın müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulan bütün qanuni vasitələrdən istifadə edəcəm".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR