Onlayn ictimai-siyasi qəzet
Sumqayıtda tanınmış həkim vəfat edib.
Musavat.com xəbər verir ki, 2 nömrəli Sumqayıt şəhər xəstəxanasında çalışmış Sidqəli Bayramov 88 yaşında dünyasını dəyişib.
1938-ci ildə anadan olan Sidqəli Bayramov 1965-ci ildən etibarən Sumqayıt şəhərinin 1 nömrəli xəstəxanasında həkim kimi fəaliyyət göstərib.
Daha sonra əmək fəaliyyətini 2 nömrəli Sumqayıt şəhər xəstəxanasında davam etdirib və uzun illər mədə-bağırsaq şöbəsinə rəhbərlik edib.
Allah rəhmət eləsin!
Şahanə Rəhimli,
Musavat.com
04 Sentyabr 2026
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ