İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaradakı bakteriyaları sümürüb aparacaq - lazerli “tozsoran” hazırlandı

Rusiya alimləri yaraların təhlükəsiz şəkildə təmizlənməsi üçün lazer və antiseptik qabarcıqlardan istifadə edən yeni cihaz hazırlayıblar.

Musavat.com xəbər verir ki, Çelyabinsk Dövlət Universitetinin alimlərinin yaratdığı lazerli “tozsoran” antiseptik preparatın xüsusi qabarcıqlarından və lazer şüasından istifadə edir.

İşığın təsirinə məruz qalan preparat axını yaranın səthindəki ölü hüceyrələri və bakterial ərpi yuyub təmizləyir. Tədqiqatçıların sözlərinə görə, proses zamanı sağlam toxumalar zədələnmir.

Alimlər bildirirlər ki, konstruksiyası sadə olan yeni cihazın iş prinsipi stomatologiyada dişlərin kök kanallarının təmizlənməsi zamanı tətbiq edilən müasir üsullarda istifadə olunan effektə əsaslanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR