Onlayn ictimai-siyasi qəzet
Krıma hərəkət edən bir sıra “Tavriya” qatarlarına biletlərin satışı müvəqqəti dayandırılıb.
Musavat.com xəbər verir ki, qatarların təhlükəsizlik məqsədilə gündüz hərəkət qrafikinə keçirilməsi üçün payız cədvəli yenidən hazırlanır.
Bu barədə RİA Novosti Krım-a daşıyıcı “Grand Service Express” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Şirkətdən bildirilib ki, hazırda payız dövrü üçün hərəkət cədvəlinə düzəliş edilir. Buna səbəb Krım dəmir yolu ilə hərəkət edən qatarların sərnişindaşımanın təhlükəsizliyini təmin etmək məqsədilə gündüz qrafikinə keçirilməsi zərurətidir.
Biletlərin satışının müvəqqəti bağlandığı qatarlar bunlardır:
▪️ № 7/8 Sankt-Peterburq – Sevastopol / Kerç;
▪️ № 17/18 Simferopol / Kerç – Moskva;
▪️ № 91/92 Sevastopol / Kerç – Moskva.
Şirkət həmçinin bildirib ki, sentyabrın sonlarından etibarən Krıma və əks istiqamətə səfərlər üçün biletlərin satışı əvvəlki 90 gün əvəzinə hələlik 45 gün əvvəl açılır.
Musavat.com
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ