Onlayn ictimai-siyasi qəzet
Bakıda maşın ağaca çırpılıb, sərnişin ölüb.
Musavat.com APA-ya istinadla bildirir ki, hadisə Suraxanı rayonunda baş verib.
Belə ki, 2000-ci il təvəllüdlü Tehran Seyidov idarə etdiyi “Renault Megane” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun sağ hissəsindəki ağaca çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan sərnişin, 1981-ci il təvəllüdlü Eşqin Qasımov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ