Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp qanunsuz miqrasiya böhranı ilə bağlı çıxışında İspaniyanı nümunə göstərərək, ölkəyə kütləvi gəlmələrin real dağıntılara səbəb olacağını bildirib.
Musavat.com xəbər verir ki, Birləşmiş Ştatların rəhbəri miqrant axınını birbaşa hərbi təcavüzlə müqayisə edərək kəskin fikirlər səsləndirib.
"Siz İspaniyada baş verənlərə baxanda anlayırsınız ki, bu, müəyyən mənada ölkəyə hərbi təcavüzdür. Bəli, bu, bir çox cəhətdən adi hərbi müdaxilədən daha pisdir. Sizin ölkəniz məhv olacaq, bu ölkə darmadağın ediləcək.
Məlumatlara görə, 70 minə yaxın insan Seutaya daxil olub. Mən bu mənzərəyə baxanda – bilirsiniz ki, insan kütləsini qiymətləndirməyi yaxşı bacarıram – orada bundan daha çox adamın olduğunu görürəm. Lakin çox sayda insan da ABŞ-yə gələcək", – deyə Amerika lideri vurğulayıb.
Trampın bu bəyanatı Qərbdə miqrasiya siyasəti ətrafında gedən müzakirələri daha da kəskinləşdirib.
Musavat.com
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ