Onlayn ictimai-siyasi qəzet
Braziliya millisinin üzvü Qabriel Martinelli karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
25 yaşlı vinger İngiltərənin "Arsenal" klubundan "Əl-Hilal"a transfer olunub. Futbolçu ilə 4 illik müqavilə imzalanıb.
"Arsenal" bu keçiddən 70 milyon avro gəlir əldə edəcək. Bu məbləğ London klubunun tarixində ən yüksək satış göstəricisi kimi qeydə alınıb. "Topçular"ın bundan əvvəl rekord satışına 2017-ci ildə Aleks Oksleyd-Çemberlen imza atıb. Həmin vaxt futbolçu 38 milyon avroya satılmışdı.
Qabriel Martinelli 2019-cu ilin yayından "Arsenal"ın heyətində çıxış edirdi. O, London təmsilçisinin formasında keçirdiyi 278 oyunda 62 qola və 36 məhsuldar ötürməyə imza atıb.
Braziliyalı futbolçu "Arsenal"la 2020-ci ildə İngiltərə kubokunu qazanıb, 2026-cı ildə isə İngiltərə çempionu olub. Həmçinin həmin il UEFA Çempionlar Liqasının finalında iştirak edib.
Martinelli Braziliya millisində 27 qarşılaşmada meydana çıxıb və 5 qol vurub. O, 2022 və 2026-cı illərdə dünya çempionatlarında iştirak edib. Sonuncu mundialda 1/16 final mərhələsində Yaponiya ilə görüşdə (2:1) Braziliyaya qələbə qazandıran qola imza atıb./milli.az/
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ