İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə–Azərbaycan elmi əlaqələrində tarixi addım: Qarabağ Universiteti ilə İTÜ tərəfdaşlığa başlayır

Türkiyə–Azərbaycan elmi və texnoloji əməkdaşlığında yeni və strateji bir mərhələ start götürür.

Musavat.com xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı və 26 avqust 2026-cı il tarixində rəsmi qəzetdə dərc olunan fərmana əsasən, İstanbul Teknik Universiteti (İTÜ) Rektorluğu ilə Qarabağ Universiteti Rektorluğu arasında tarixi əməkdaşlıq fəaliyyətinə başlanılır.

Tərəfdaşlıq çərçivəsində Qarabağ Universitetinin tərkibində yeni akademik struktur bölmələrinin açılması qərara alınıb. Layihənin əsas məqsədi iki qardaş ölkə arasında elm və texnologiya sahəsində əməkdaşlığı gücləndirmək, həmçinin Azərbaycana yüksəkixtisaslı kadrlar və insan resursları kazandırmaqdır. Mutabakat müqaviləsinə əsasən, bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil əməkdaşlığı, tələbə və müəllim heyətinin mübadiləsi, birgə araştırma və tədqiqat layihələri, ikiqat diplom proqramları və mühəndislik sahəsində birgə laboratoriya işlərinin həyata keçirilməsi planlaşdırılır. Əməkdaşlığın yalnız bakalavr pilləsi ilə mahdudlaşmayıb, doktora və doktoranturadan sonrakı səviyyələrə də daşınması nəzərdə tutulur.

Qarabağ Universiteti bünyəsində xüsusilə mühəndislik istiqamətində Kimya mühəndisliyi, Maşın mühəndisliyi, İnşaat mühəndisliyi və Elektrik-elektronika mühəndisliyi ixtisasları fəaliyyətə başlayacaq. 1773-cü ildə qurulan, Türkiyənin ən qabaqcıl və dünyanın öndə gələn ali təhsil ocaqlarından olan İstanbul Teknik Universiteti illərlə toplanmış dərin təcrübəsini 3 il əvvəl yaradılmasına baxmayaraq sürətlə inkişaf edən, ingilis dilində tədris həyata keçirən və güclü pedaqoji heyətə malik Qarabağ Universiteti ilə bölüşəcək.
Hulusi Kılıç: "Cənab Prezidentin Dəmir Yumruğu bu dəfə Avropanın başına  endi"

Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA İctimai Birliyinin Türkiyə təmsilçisi və Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun Himayəçilər Şurasının üzvü Hulusi Kılıç bu tarixi addımı yüksək qiymətləndirərək, bu layihənin memarları olan Qarabağ Universitetinin rektoru prof. dr. Şahin Bayramovu və İTÜ rektoru prof. dr. Həsən Mandalı təbrik edib. O, Qarabağ Universitetinin yaxın gələcəkdə dünyanın en yaxşı universitetləri sırasında yer alacağına inamını ifadə edib. Hulusi Kılıç həmçinin qeyd edib ki, bu il Qarabağ Universitetinə qəbul olanlar arasında ən yüksək bal toplayan tələbələrin çoxluq təşkil etməsi ali təhsil müəssisəsinə olan inamın bariz göstəricisidir.

Sabiq səfir bu əməkdaşlığın reallaşmasında rolu olan Azərbaycanın Elm və Təhsil naziri Emin Əmrullayevə, Türkiyə YÖK sədri prof. dr. Erol Özvara, habelə qərarı qəbul edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR