Onlayn ictimai-siyasi qəzet
ABŞ Administrasiyası İranla əvvəllər imzalanmış qarşılıqlı anlaşma memorandumuna qayıtmağı planlaşdırmır.
Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Donald Tramp administrasiyası bunun əvəzinə yalnız Hörmüz boğazındakı gəmiçilik təhlükəsizliyini deyil, həm də Tehranın nüvə proqramını tam əhatə edəcək "daha genişmiqyaslı və əhatəli saziş" bağlamaq niyyətindədir.
Məsələ ilə bağlı çıxış edən ABŞ-nin vitse-prezidenti Cey Di Vens vurğulayıb ki, Tehran ticarət gəmilərinə hücumları tamamilə dayandırmayınca, Birləşmiş Ştatlar İranla hər hansı diplomatik danışıqlar aparmayacaq.
Vaşinqtonun bu sərt mövqeyi Yaxın Şərqdə dəniz təhlükəsizliyi və nüvə böhranı ətrafında gərginliyin davam edəcəyini göstərir.
Musavat.com
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ